Balaeli & Sebnem – Tesaduf Lyrics
“Təsadüf” – Sözləri (Lyric)
Nə vaxtdı görmürəm səni nə xoş təsadüf oldu
Gəzərdi gözlərim səni deyərdim harda qaldı bu
Gözüm kor oldu gəlmədin
Ömür xar oldu gəlmədin
Görüşmək istəməzdim heç mənim üçün ağır oldu bu
Nə yaxşı tapmışam səni o vaxt itirdiyim kimi
Həyatda qarşılaşmışıq yuxumda gördüyüm kimi
O son görüş yadındamı dedim gecikmə birdə gəl
Mən amma birdə gəlmədim gec oldu gördüyün kimi
Necədi həyatın? Necədi həyatın?
Məndən sonra məndən sonra
Qaranlıq çöküb gecədi həyatım
Səndən sonra səndən sonra
Kimsə sevmədim özümə gəlmədim
Səndən sonra səndən sonra
Sevmək istədim sevədə bilmədim
Səndən sonra səndən sonra
Sən ey məni kül eləyib yaxıb da yandıran qadın
Nədəndi ki bu ayrılıq nə ad tapaq qoyaq adın
Olan olub keçən keçib bu gün gül danış biraz
Yetər ki mən bilim məni bir an belə unutmadın
Bu sevgini məhəbbəti unutmadım unutmaram
İçimdəki bu yanğını soyutmadım soyutmaram
Qayıtmaq istəsən belə o körpülər uçub daha
Mən artıq ayrı yerdəyəm qayıtmaram qayıtmaram