Alican – Sevgiden Doydum Lyrics

Gördüyün bu adam mən deyiləm
Sevginə görə önündə əyiləm
Söylə səhv etdim axı nəyi mən
Arzularımı gözümdə qoydun

Bilə bilə yanacam bu acıyla
Verdiyin dərdin əlacıyla
Səni sevməyin utancıyla
Məhəbbətimi qəlbimdən oydun

Nəqarət
Sevgidən doydum mən
Sevgidən doydum
Məni göz görə görə
Yarıda qoydun

Sevgiden doydum mən
Sevgidən doydum
Sənə alışan yanan
Hisslərindən soyudum

Hələ səndədi ağlım biləsən
Neyniyim ki mənə geri dönəsən
Sevə sevə səni axı niyə görəsən
Uduzanı oldum bu oyunun

Bilə bilə yanacam bu acıyla
Verdiyin dərdin əlacıyla
Səni sevməyin utancıyla
Məhəbbətimi qəlbimdən oydun