İrade Mehri – Sen Hardasan Lyrics

Mahnı sözləriylə ;

Bənd
Var həsrətim, kədərim sonsuz
Yaşam deyil yaşamaq onsuz..
Darıxanda xəyallarım onu düşünür,
Onda uzaq məsafələr qısa görünür.
Gözümdə canlanır yenə xatirələr,
Onun üçün ağladım keçən hər gecələr..
Gözlədim hər gün, hər gecə bəlkə gələr,
Gəlmədi yar..

Nəqarət
Sən hardasan, mən hardayam?
Uzaqlardasan, uzaqlardasan..
De hardasan, mən hardayam?
Uzaqlardasan, uzaqlardasan..

Bənd
Gəl yenə tut üşüyən əllərimi,
Səliqəyə sal dağınıq tellərimi,
Darıxanda xəyallarım onu düşünür,
Onda uzaq məsafələr qısa görünür..
Gözümdə canlanır yenə xatirələr,
Onun üçün ağladım keçən hər gecələr,
Gözlədim hər gün, hər gecə bəlkə gələr,
Gəlmədi yar..

Nəqarət
Sən hardasan, mən hardayam?
Uzaqlardasan, uzaqlardasan..
De hardasan, mən hardayam,
Uzaqlardasan, uzaqlardasan..